Zelenski BU TARİXDƏ ABŞ-yə səfər edə bilər — Umerov AÇIQLADIbackend

Zelenski BU TARİXDƏ ABŞ-yə səfər edə bilər — Umerov AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenskinin noyabr ayında ABŞ-yə səfəri gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi ABŞ Prezidenti Donald Trampla birgə hazırlanan sülh planı üzərində işi yekunlaşdırmaqdır.

“Biz Prezident Zelenskinin noyabr ayında ABŞ-yə mümkün olan ən yaxın tarixdə səfərinin təşkilini gözləyirik ki, planın final mərhələsini tamamlayaraq Prezident Trampla razılaşma əldə edək” , – deyə Umerov qeyd edib.

Onun sözlərinə görə, bazar günü Cenevrədə keçirilən danışıqlarda Ukrayna və ABŞ nümayəndə heyətləri “sazişin əsas şərtləri üzrə ümumi anlayışa” nail olublar.