Zelenski Çin lideri ilə danışıqların detallarını açıqladıbackend

Zelenski Çin lideri ilə danışıqların detallarını açıqladı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Çin Xalq Respublikasının lideri Si Cinpinlə telefon danışığının detallarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında məlumat yayıb.

O qeyd edib ki, telefon danışığı bir saat davam edib və ikitərəfli münasibətlərin bütün aktual məsələlərini müzakirə edilib.

“Biz Ukrayna üçün ədalətli və davamlı sülhün bərqərar olması üçün mümkün qarşılıqlı fəaliyyət yollarına xüsusi diqqət yetirdik. Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Biz öz torpağımızdayıq və özünümüdafiə haqqını dərk edərək gələcəyimiz üçün mübarizə aparırıq”, – Zelenski bildirib.

O vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyü 1991-ci ilin hüdudlarında bərpa edilməlidir.

Zelenskinin sözlərinə görə, söhbət zamanı Ukrayna-Çin tərəfdaşlığının möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

“İnanıram ki, bugünkü söhbətimiz bu dinamikanın bütün səviyyələrdə qaytarılmasına, qorunub saxlanmasına və inkişafına güclü təkan verəcək”, – Zelenski vurğulayıb.