Ukrayna lideri Vladimir Zelenski Çini Kiyevə nümayəndələr göndərmədiyi üçün tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politika Stranı” Telegram-kanalı məlumat yayıb.
Zelenski bildirib: “Görünür, Çin müharibəni tam dayandırmaqda deyil, ən azından zərbələri dayandırmaqda maraqlı deyil”. Prezident əlavə edib ki, Çin nümayəndələrinin Kiyevdə olduğu zaman Rusiya qüvvələrinin paytaxta zərbə endirməyəcəyi ehtimalı yüksək olardı.