Zelenski Çinin Rusiyaya silah verdiyini iddia edirbackend

Zelenski Çinin Rusiyaya silah verdiyini iddia edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Çinin Rusiyaya silah tədarükü, o cümlədən barıt və artilleriya sistemləri ilə bağlı məlumatlar var.

NOCOMMENT.az xəbər verir ki, bunu “İnterfaks-Ukrayna” agentliyinə açıqlamasında Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Söhbət xüsusilə barıt və artilleriyadan gedir. Bundan əlavə, Çin Rusiya ərazisində silah istehsalı ilə məşğuldur”, – Zelenski bildirib.

Əvvəllər Çinə qarşı oxşar ittihamlar ötən ilin oktyabrında G7 tərəfindən irəli sürülüb. Həmin vaxt G7 ölkələrinin müdafiə nazirləri Rusiya ilə Çin arasında hərbi əməkdaşlığın güclənməsindən narahat olduqlarını bildiriblər və bunu Ukraynada “sabitliyi pozan hərəkətlərlə” əlaqələndiriblər.