Zelenski Çinin sülh planını siyasi bəyanat adlandırıbbackend

Zelenski Çinin sülh planını siyasi bəyanat adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

May ayında Çin və Braziliya döyüşlərə son qoymaq və münaqişənin genişlənməsinin qarşısını almaq üçün beynəlxalq sülh konfransı keçirməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Zelenski hesab edir ki, bu təkliflər sülh planı deyil, “sadəcə kağız üzərində bir şeydir”.

Ukrayna prezidenti Vladimir Zelenski “O Globo” telekanalına müsahibəsində Çinin Rusiya və Ukrayna arasında hərbi münaqişənin həlli ilə bağlı təkliflərini sülh planı adlandırmaq olmaz.

Zelenskinin sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi Kiyevə son səfəri zamanı ondan Ukrayna tərəfinin Pekinin planı haqqında nə düşündüyünü soruşub. “Və dedim ki, bu plan deyil. Bu, sadəcə olaraq, müharibəni unutmadıqlarını söyləmək üçün siyasi bəyanatdır – ancaq bu, kağız üzərində olan bir şeydir”, – deyə o, “yalnız konkret və dürüst təklifləri” qəbul etdiyini bildirib.

Zelenski hesab edir ki, Braziliya Çinlə eyni şəkildə hərəkət edir, Moskva ilə Kiyev arasındakı münaqişədə neytral mövqe bəyan edir: “Bu, sadəcə, siyasi ritorikadır. Bu səmimi söhbət deyil. Bu, bizə və Braziliya xalqına qarşı ədalətli deyil. <…> Digər tərəfdən, onlar Çin planına qoşuldular”.