Zelenski daha 4 səfiri istefaya göndərdibackend

Zelenski daha 4 səfiri istefaya göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Macarıstan, Norveç, Hindistan və Çexiyadakı səfirləri istefaya göndərilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq fərmanlar imzalayıb.

Macarıstanda Ukraynanı Lyubov Nepop, Norveçdə Vyaçeslav Yatsyuk, Çexiyada isə Yevgeni Perebyinos təmsil edib. Hindistandakı səfir İqor Polexa Banqladeş, Nepal, Maldiv adaları və Şri-Lankada da Ukraynanı təmsil edib.

Qeyd edək ki, bu gün Zelenski Ukraynanın Almaniyadakı səfiri Andrey Melniki də vəzifəsindən azad edib.

modern