Ukraynanın Antiinhisar Komitəsinin (AMCU) dövlət komissarı Maksim Sandıqa təyinatından 4 gün sonra vəzifəsindən azad edilib.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncamı Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb, sənəd onun ofisinin saytında dərc olunub.
“Maksim Viktoroviç Sandıqa Ukrayna Antiinhisar Komitəsinin dövlət komissarı vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.
Sənəd dekabrın 22-nə aiddir. Sandıqa dekabrın 18-də bu vəzifəyə təyin edilib. İşdən çıxarılma səbəbləri açıqlanmır.