Zelenski: Danışıqlarda ən çətin məsələ ərazi mübahisəsi idibackend

Zelenski: Danışıqlarda ən çətin məsələ ərazi mübahisəsi idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və ABŞ nümayəndə heyətlərinin dünənki danışıqlarında ən çətin məsələ ərazi mübahisəsi olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında bəyan edib.

“Təkcə ərazi məsələsi ilə bağlı 6 saat yarım müzakirələr aparılıb”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, hazırkı sülh planı ilkin 28 bəndlik variantdan daha yaxşı görünür.

Ukrayna lideri həmçinin Rusiyanın Kupyanskı nəzarətə götürdüyü barədə iddiaları təkzib edib: “Moskva bəyan edir ki, ordusu şəhərlərə daxil olub, amma onlar hələ də bizim nəzarətimizdədir. Kupyansk bizim nəzarətimizdədir. Şübhəsiz ki, Rusiyanın bir neçə hücum əməliyyatı var, lakin heç biri uğurlu olmayıb.”