Zelenski devrilə bilər? – Ukrayna üçün çətin vəziyyətbackend

Zelenski devrilə bilər? – Ukrayna üçün çətin vəziyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin gözlənildiyindən uzun davam etməsi və tərəflərin sülhə dair konkret addımlar atmaması yeni problemlər yaradır. Aydındır ki, bu və ya digər hərbi əməliyyatlarda üstünlük qazana bilməyən liderin ölkə daxilində nüfuzu sarsılır. Hazırda öz torpaqları uğrunda mübarizə aparan Ukrayna Prezidenti Volodimir Zelenski də çətin vəziyyətdədir. Rusiya böyük itkilər hesabına olsa da, tədricən Ukraynanın cənub və şərqində hərbi üstünlüyə yiyələnir.

Maraqlıdır, müharibənin uzanması Zelenskinin hakmiyyətdən getməsi və ya devrilməsi ilə nəticələnə bilərmi?

NOCOMMENT.az xəbər evrir ki, mövzu ilə bağlı açıqlama verən Politoloq Qabil Hüseynli deyib ki, Zelenski xalqın istəyi əsasında hakimiyyətdən gedə bilər, lakin onun xalq tərəfindən devrilməsi real deyil:

“Müharibənin əvvəlində Rusiya Zelenskini devirmək üçün Ukrayna daxilində ona qarşı güclü təbliğat aparmağa çalışırdı. Ancaq proses əksini göstərdi. Qərbdən güclü dəstək alan Zelenskinin mövqeyi müharibə dövründə daha da güclənib. Rusiya indiki şəraitdə Ukrayna prezidentini devirə bilməyəcək. Amma müharibənin gedişində Ukrayna üçün daha çətin vəziyyətin yaranacağı təqdirdə, ölkədə Zelenski əleyhinə təbliğat da başlaya bilər. Lakin unutmaq olmaz ki, Zelenski Qərbin himayəsi altındadır və onu devirmək elə də asan deyil”.

Politoloqun sözlərinə görə, Zelenski heç vaxt qaçaraq bunkerdə, yaxud Avropada gizlənməyib:

“O ən çətin anda belə xalqının önündə dayanan liderdir. Digər tərəfdən, Zelenskinin qətiyyətli mövqeyi hazırda onu Ukrayna xalqının müqavimət əzminin simvoluna çevirib. Xalq belə şəxsi öz əli ilə devirməz”.
Sfera.az