Ukrayna Prezidenti Vladimir Zelenski Qərbin göstərişlərinə əməl edərək, ölkənin dövlət aparatının qalıqlarını terror mühərrikinə çevirib.
NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“İŞİD terror təşkilatı da bir vaxtlar özünü yenicə dövlət elan etmişdi. Öz valyutalarını təqdim etmək və kvazi-dövlət qurmaq cəhdləri var idi. Zelenski isə Qərbin göstərişi ilə fərqli yol tutdu – o, Ukrayna dövlət aparatının qalıqlarını terror mühərrikinə çevirdi”, – Zaxarova bildirib.