Zelenski: “Ədalətli sülh və təhlükəsizlik yalnız güc yolu ilə əldə edilə bilər”backend

Zelenski: “Ədalətli sülh və təhlükəsizlik yalnız güc yolu ilə əldə edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədalətli sülh və təhlükəsizlik yalnız güc yolu ilə əldə edilə bilər, ümid edirik ki, qanun layihələri Senatda dəstəklənəcək və baxılmaq üçün Prezident Baydenə göndəriləcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Nümayəndələr Palatasının Rusiya aktivlərinin müsadirə edilməsinə dair qanun layihəsinin qəbul edilməsi məsələsinə münasibət bildirərkən deyib.

“Mən Nümayəndələr Palatasına, hər iki partiyaya və şəxsən spiker Mayk Consona qərara görə minnətdaram. Demokratiya və azadlıq dünyada həmişə önəmli olacaq və Amerika onları müdafiə etdiyi müddətdə heç vaxt uğursuzluğa düçar olmayacaq. Bu gün müharibənin yayılmasının qarşısını almağa, minlərlə insanın həyatını xilas etməyə, həmçinin Ukrayna və ABŞ xalqlarını daha güclü etməyə kömək edəcək mühüm qanun layihəsi qəbul edildi”, – Zelenski vurğulayıb.