Ukrayna Prezidenti Vladimir Zelenski Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün İsveçrənin Davosa səfər edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Sergey Nikiforov məlumat verib.
“Ukrayna prezidenti Vladimir Zelenski Dünya İqtisadi Forumunda iştirak edəcəyi Davosa (İsveçrə) gəlib”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Ukrayna lideri EEF-də çıxış etməklə yanaşı, müxtəlif ölkələrin liderləri ilə ikitərəfli danışıqlar, eləcə də iri biznes nümayəndələri ilə görüşlər planlaşdırıb.
Bundan əvvəl ABŞ-ın yeni prezidenti Donald Tramp tərəfdarları ilə görüşü zamanı Vladimir Zelenskinin Moskva ilə razılaşmaya hazır olduğunu bildirib. O vurğulayıb ki, o, Vladimir Putinlə çox yaxın vaxtlarda baş tuta biləcək söhbətdən sonra Ukraynadakı münaqişəyə son qoymağın mümkün vaxtını anlayacaq.\\İnterfaks