Ukrayna prezidenti Vladimir Zelenski ən çətin siyasi döyüşünə girib.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Britaniyanın “Financial Times” (FT) qəzeti bildirib.
Qərb nəşri qeyd edir ki, Rusiya ilə üç illik hərbi münaqişədən sonra Kiyevin səyləri mənasını itirməyə başlayıb. Vurğulanır ki, ABŞ prezidenti Donald Tramp Moskva ilə sülh razılaşmasında israr edir və bununla da Ukrayna prezidentini aşağılayır.
FT Zelenskinin hakimiyyətinin yaxın həftələrdə ən təhlükəli mərhələsinə keçəcəyini proqnozlaşdırmışdı. Qəzet vurğulayıb ki, Ukrayna lideri üçün problem başqa ölkələrin dəstəyini necə qoruyub saxlamaqla bağlıdır.
Qəzet bundan əvvəl Ukrayna prezidentinin ABŞ-ın maliyyə naziri Skott Bessentə qışqırdığını yazıb. Bildirilib ki, bu, ölkələr arasında nadir torpaq metalları üzrə sazişin şərtlərinin müzakirəsi zamanı baş verib.