Zelenski: Ərazi güzəştləri ilə sülh olmazbackend

Zelenski: Ərazi güzəştləri ilə sülh olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski ərazi güzəştləri ilə sülhün bərqərar olmasının mümkün olmadığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada Çin prezidenti Si Cinpinlə telefon danışığının təfərrüatları barədə məlumat verib.

Görüşün təxminən 1 saat davam etdiyini qeyd edən Zelenski görüşdə ikitərəfli münasibətlərin müzakirə edildiyini bildirib.

“Ukrayna-Çin tərəfdaşlığının gücləndirilməsi yollarını müzakirə etdik. Rusiyanın tammiqyaslı hücumundan əvvəl Çin Ukraynanın bir nömrəli ticarət tərəfdaşı idi. İnanıram ki, bugünkü görüş bu inkişaf xəttinin bütün səviyyələrdə qaytarılmasına, qorunub saxlanmasına və inkişafına güclü təkan verəcək”, – deyə o qeyd edib.

NOCOMMENT.AZ