Zelenski Ərdoğana təşəkkür etdi – Yeni anlaşma elan olundubackend

Zelenski Ərdoğana təşəkkür etdi – Yeni anlaşma elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-da keçirdikləri görüşdə Krımın Rusiyaya qanunsuz ilhaqı ilə bağlı verdiyi açıqlamaya görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna prezidenti Krımın Rusiya tərəfindən işğal edilməsinə göstərdiyi münasibətə görə Türkiyə liderinə təşəkkür edib.

Zelenski Ukrayna-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını və siyasi, ticari-iqtisadi, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığı sürətləndirməyin vacib olduğunu bildirib.

Açıqlamada görüş zamanı xüsusilə energetika sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edildiyi qeyd olunub.

Zelenski Krım Platformasına verdiyi dəstəyə görə də Ərdoğana təşəkkür edib.

“Blumberq” agentliyinin xəbərinə görə, Qara dənizdə sabitliyin qorunması məsələsini də müzakirə edən liderlər Azad Ticarət Zonası haqda sazişin imzalama prosesinin tamamlanması üçün işin sürətləndirilməsi barədə razılığa gəliblər.

Ərdoğan Zelenskinin Ukraynaya Strateji Əməkdaşlıq Şurasının onuncu iclasında iştirak etmək üçün Kiyevə səfər dəvətini qəbul edib.
Teleqraf