Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Mən Ərdoğanla danışdım. Müharibəyə son qoymağa kömək edə biləcək Türkiyədəki görüşün əsas detallarını müzakirə etdik. Diplomatiyanın asanlaşdırılması üçün ən yüksək səviyyədə dəstəyə və istəyə görə minnətdaram”, – deyə o vurğulayıb.
Zelenski Avropanın sülh prosesində iştirakının vacibliyini qeyd edib.