Fransa şirkətləri Ukrayna ərazisində pilotsuz uçuş aparatları (PUA) istehsal etməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa xarici işlər naziri Jan-Noel Barro ilə görüşünün nəticələrinə dair Telegram kanalında məlumat verib.
O bildirib ki, görüş zamanı müdafiə yardımı, xüsusilə hava hücumundan müdafiə vasitələrinə ehtiyac, ukraynalı hərbçilərin təlimi və “Ramşteyn” formatında keçirilən görüşlərin nəticələri müzakirə olunub.
“Birgə müdafiə istehsalını genişləndirməyə hazırıq. Fransa şirkətləri Ukraynada PUA istehsalına başlamaq qərarı verib və bu, bizim üçün çox dəyərlidir. Həmçinin Rusiyaya qarşı sanksiyalar və Ukraynanın Avropa İttifaqına üzvlük danışıqları da müzakirə olundu”, – deyə Ukrayna lideri qeyd edib.
Zelenski, həmçinin Fransa Prezidenti Emmanuel Makrona və şəxsən Barroya ölkəsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.