Zelenski G7 liderlərinin sammitində şəxsən iştirak edə bilərbackend

Zelenski G7 liderlərinin sammitində şəxsən iştirak edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenskinin Yaponiyada keçirilən G7 Liderlər Sammitində şəxsən iştirak edə biləcəyi açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Rəsmi Kyodo agentliyinin Yaponiya hökumət mənbələrinə əsaslanaraq verdiyi xəbərdə, daha əvvəl sammitə videokonfrans vasitəsilə qatılacağı elan edilən Zelenskinin sammit üçün Xirosimaya gələ biləcəyi qeyd edilib.

Planlaşdırılan sammit proqramı çərçivəsində liderlərin Ukrayna böhranı ilə bağlı xüsusi sessiya keçirəcəyi gözlənilir.

Onun mümkün səfəri halında, bu, Zelenskinin Rusiyanın hücumlarının başladığı 2022-ci ilin fevralından sonra Asiya regionuna ilk səfəri olacaq.

Bildirilib ki, Zelenski liderlərlə görüşə və G7 ölkələrinin Ukrayna ilə mövcud həmrəyliyini gücləndirməyi hədəfləyə bilər.