Qarşıdan gələn həftə Ukrayna üzrə danışıqlar kontekstində həlledici ola bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski deyib.
“Bir həftə həqiqətən çox şeyi dəyişə bilər… Hal-hazırda bütün bunlar həll olunur”, – deyə o qeyd edib.
Mayın 11-də gecə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və saziş layihəsini rədd edib. Rusiya tərəfinin məlumatına görə, bu, Qərb tərəfdaşlarının təzyiqi ilə baş verib.