Ukrayna, dövlət başçısı Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş öncəsi “ev tapşırığını” hazırlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı birbaşa Zelenski özünün Telegram kanalında verib. O qeyd edib ki, “tapşırıq” hərbi və iqtisadi hissələrdən ibarətdir.
“Trampla görüş öncəsi artıq bizim ‘ev tapşırığımızı’ hazırlamışıq – həm hərbi, həm də iqtisadi hissəsini. Bütün detalları nəzərdən keçirmişik. ABŞ Prezidenti ilə görüşün gündəliyi çox əhəmiyyətlidir və bu işdə kömək edən hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski yazıb.
Zelenskinin sözlərinə görə, ukraynalı “komanda” artıq Vaşinqtondadır. Onlar öz səviyyələrində görüşlərə başlayıblar və ABŞ lideri ilə danışıqlar üçün əsas hazırlayırlar. Eyni zamanda, görüş çərçivəsində amerikalı müdafiə şirkətləri, xüsusən hava hücumundan müdafiə sistemləri istehsalçıları və enerji şirkətlərinin nümayəndələri ilə də görüşlər planlaşdırılır.