Ukraynanın əsas təhlükəsizlik təminatı onun “güclü ordusudur”.
NOCOMMENT.az xəbər verir ki, Bunu Ukrayna lideri Vladimir Zelenski Parisdə “istəklilər koalisiyası”nın iclasından sonra öz Telegram kanalında bildirib.
“Başlıca təhlükəsizlik təminatı güclü Ukrayna ordusudur. Bunun vacibliyini anlayan hər bir Avropa liderinə və ölkəsinə minnətdaram”, – deyə o vurğulayıb.
Zelenskinin sözlərinə görə, “istəklilər koalisiyası” Parisdə keçirilən görüşdə hər bir ölkənin quru, dəniz, hava və kiberməkanda təhlükəsizliyin təmin olunmasına töhfə verməyə hazır olub-olmamasını müzakirə edib.
O əlavə edib ki, tərəflər öz mövqelərini razılaşdırıb və təhlükəsizlik təminatlarının komponentlərini müzakirə ediblər.