Zelenski: “Həbs edilməli olan şəxslə necə dialoqu davam etdirəcəklər?”backend

Zelenski: “Həbs edilməli olan şəxslə necə dialoqu davam etdirəcəklər?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin G20 sammitinə gələ biləcəyi Braziliyada Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs olunma ehtimalını şərh edib.

NOCOMMENT.az xəbər verir ki, Braziliyanın “Metropoles” nəşrinə müsahibəsində dövlət başçısı vurğulayıb ki, Putinin Braziliyaya səfəri zamanı həbs olunması məsələsi açıq qalır.

“Və mən təəccüblənirəm: Putin necə gəlib həbs oluna bilməz?” – deyə Ukrayna prezidenti qeyd edib.

O, həmçinin G20 sammitində iştirak edəcək və hərbi cinayətkarla bir masa arxasında əyləşəcək dünyanın aparıcı dövlətlərinin liderləri üçün sualın qaldığına da diqqət çəkib.

“Mənim G20-yə bir sualım var, xüsusən də demokratiyanı müdafiə edən və beynəlxalq hüquqa hörmət etdiklərini deyən ölkələrə… Onlar həbs edilməli olan şəxslə necə masa arxasında oturacaqlar və dialoqu davam etdirəcəklər”, – deyə Zelenski qeyd edib.