Zelenski həyat yoldaşına məxsus mənzili satdıbackend

Zelenski həyat yoldaşına məxsus mənzili satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yalta şəhərinin Livadiya kəndində Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelenaya məxsus olan və milliləşdirilən mənzil satışa çıxarılıb.

NOCOMMENT.az TASS-a istinadla xəbər verir ki, ilkin qiyməti 24,6 milyon rubl olan mənzil 44,3 milyon rubla satılıb.

Hərraca cəmi iki ərizə qəbul edilib, qalib Olqa Nikolaevna Lipovetskaya seçilib. Protokola əsasən, hərrac uğurlu elan edilib.

Açıq mənbələrə görə, Lipovetskaya Moskvada qeydiyyatdan keçmiş fərdi sahibkardır. Onun əsas fəaliyyəti daşınmaz əmlak agentliklərinin işidir.