Zelenski Hindistanın baş nazirinin səfərini TARİXİ ADLANDIRIBbackend

Zelenski Hindistanın baş nazirinin səfərini TARİXİ ADLANDIRIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Hindistanın baş naziri Narendra Modinin Ukraynaya səfərini tarixi adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Zelenski səfərdən sonra Modi ilə birgə çıxışı zamanı açıqlama verib. O, Hindistanın baş naziri ilə görüşü “tarixi” və “çox mehriban” adlandırıb.

Siyasətçi Modi ilə “sülh formulu” ilə bağlı ikinci sammitə hazırlıqları müzakirə etməyi planlaşdırdığını vurğuladı. Tərəflər, həmçinin ikitərəfli münasibətləri və ticari-iqtisadi əməkdaşlığı müzakirə ediblər.

Modi ölkələr arasında diplomatik münasibətlər qurulandan sonra ilk dəfə avqustun 23-də səhər saatlarında Ukraynaya gəlib . İki ölkə liderləri müxtəlif sahələrdə dörd əməkdaşlıq sazişi imzalayıblar .