Zelenski ilə Zalujnı arasında fikir ayrılığıbackend

Zelenski ilə Zalujnı arasında fikir ayrılığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Zelenskinin Ofisi Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnının hərbi deyil, siyasi bəyanatlar verməsindən narahatdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko “Quardian”a açıqlamasında deyib.

Qonçarenko Zalujnının istefasını pis ideya adlandırıb. Onun sözlərinə görə, baş komandanla Ukrayna rəhbərliyi arasında prinsipial fikir ayrılıqları yoxdur, sadəcə Zelenskinin Ofisində hesab edirlər ki, Zalujnı siyasi bəyanatlar verir.

Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmışdı və hətta Aleksey Qonçarenko bunu təsdiqləmişdi. Ancaq Ukrayna Müdafiə Nazirliyi və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib edib.