Zelenski “İlin adamı” elan edildibackend

Zelenski “İlin adamı” elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın “Financial Times” qəzeti Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya-Ukrayna müharibəsi zamanı liderlik fəaliyyətinə görə “İlin adamı” elan edib.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, qəzetdə 44 yaşlı Zelenskinin qeyri-adi liderlik və cəsarət nümayiş etdirərək tarixə düşdüyü qeyd edilib.

“Financial Times”  Zelenskinin “insani və təvazökar olduğunu” qeyd edərək, onu “Kremldə gizlənən Vladimir Putinin antitezisi” kimi xarakterizə edib. Mükafatla bağlı mətndə Zelenskinin Qərbdən dəstək almaq üçün sosial mediadan, Uinston Çörçillin isə İkinci Dünya Müharibəsi zamanı radiodan istifadə etdiyi bildirilib.

“Financial Times” “Zelenskinin Ukrayna xalqının Rusiya təcavüzünə qarşı müqavimətində cəsarət və dözümlülüyünü təcəssüm etdirdiyini” qiymətləndirərək yazıb: “Avtoritarizm 21-ci əsrin istiqamətini müəyyən etmək iqtidarında görünsə də, Zelenski liberal siyasət üçün standart təyinatçıya çevrilib”.

Zelenski Financial Times-a müsahibəsində deyib: “Mən cəsur olduğumdan daha məsuliyyətliyəm. Sadəcə insanları məyus etməyə nifrət edirəm”.