Zelenski İlon Maskı danladı: Gəlin, özünüz baxınbackend

Zelenski İlon Maskı danladı: Gəlin, özünüz baxın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volodimir Zelenski “The New York Times”ın “DealBook Summit”ində iştirak edərkən bir sıra açıqlamalar verib.

NOCOMMENT.az xəbər verir ki, çıxış zamanı Zelenski Rusiyaya torpaq verməyi nəzərdə tutmaqla sülh planı təklif edən milyarder İlon Maskı danlayıb.

Zelenski dünyanın ən zəngin adamı İlon Maskın “sülh təklifinə”  “Nə baş verdiyini görmək istəyirsinizsə, Ukraynaya gəlin və baxın” deyərək reaksiya verib.

Zelenski Rusiya qüvvələrinin ölkəyə vurduğu ziyanı görmək üçün İlon Maskı çərşənbə günü Ukraynaya səfərə dəvət edib.

Zelenski “Rusiyanın burada nə etdiyini anlamaq istəyirsinizsə, Ukraynaya gəlin və bunu öz gözlərinizlə görəcəksiniz. Bundan sonra bu müharibəni necə bitirəcəyimizi, kimin başlatdığını və nə vaxt bitirəcəyimizi deyərsiniz” -deyə qeyd edib.

Reaksiyalardan sonra geri addım atan Mask sosial media hesabından “Ukrayna hökumətini pulsuz maliyyələşdirməyə davam edəcəyik” açıqlamasını verib. O, Ukraynaya “Starlink” xidmətinin pulsuz davam edəcəyini qeyd edib.

Jalə Bədirova

NOCOMMENT.az