Zelenski İstanbulda Ukrayna və Rusiya arasında aparılan danışıqların mühüm nəticəsini açıqlayıbbackend

Zelenski İstanbulda Ukrayna və Rusiya arasında aparılan danışıqların mühüm nəticəsini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda Rusiya Federasiyası ilə aparılan danışıqların əsas nəticəsi kimi əsir düşmüş hərbçilərin “1000-ə 1000” formatında dəyişdirilməsini adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Hazırda komandamız mübadilənin təfərrüatlarını hazırlayır. Mən kömək edən hər kəsə minnətdaram”, -deyə o yazıb.

Bundan əlavə, Zelenski yenidən Ukraynanın 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib. O, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırdır.

Qeyd edək ki, ayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar baş tutub.