Zelenski İtaliyaya səfər edəcəkbackend

Zelenski İtaliyaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski iyunda G7 sammitində iştirak etmək üçün İtaliyaya səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb. Qeyd olunub ki, Zelenski G7 liderlərinin Kiyevə əlavə yardım göstərməsinə nail olmaq üçün görüşdə iştirak etmək niyyətindədir.

Məlumat üçün bildirək ki, iyunun 13-dən 15-dək İtaliyada Yeddilik qrupunun sammiti keçiriləcək. Tədbirdə ABŞ Prezidenti Co Baydenin də iştirak edəcəyi gözlənilir.

İclasda həmçinin Amerikanın Rusiya Federasiyasının dondurulan aktivlərindən Ukraynaya yardım göstərmək üçün istifadə planı müzakirə olunacaq.