Ukrayna NATO zəmanətlərini yalnız nəzarət etdiyi ərazilərə şamil etməyə razıdır və bunu münaqişənin diplomatik həllinə aparan yol kimi görür.
NOCOMMENT.az xəbər verir ki, bunu Vladimir Zelenski bloger Leks Fridmanla söhbətində deyib.
“NATO Ukraynanın nəzarətində olan hissədə fəaliyyət göstərə bilər. Bununla razılaşa bilərikmi? “Mən əminəm ki, bəli”, – deyə o vurğulayıb.
Zelenski həmçinin bəyan edib ki, Ukrayna “gələcək hücumları” dəf etmək üçün ona silah vermək şərti ilə atəşi dayandırmağa hazırdır.