Zelenski: Makron vaxtını boşa keçirirbackend

Zelenski: Makron vaxtını boşa keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə dialoq qapısını açıq saxlaması ilə bağlı bəyanatını dəyərləndirib.

NOCOMMENT.az xəbər verir ki, o bu barədə İtaliya mətbuatına açıqlama verib.

Rusiya ilə dialoqun vaxt itkisi olduğunu dilə gətirən Zelenski, “Bu, faydasız bir dialoq olacaq, əslində Makron boş yerə vaxt itirir. Mən belə qənaətə gəldim ki, biz Rusiyanın mövqeyini dəyişə bilmərik. Əgər onlar keçmiş Sovet imperiyasını bərpa etmək arzusunda özlərini təcrid etmək qərarına gəliblərsə, biz buna kömək edə bilmərik.” deyə bildirib.

NOCOMMENT.AZ