Zelenski Makronun təklifini RƏDD ETDİbackend

Zelenski Makronun təklifini RƏDD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Voladimir Zelenski Fransa lideri Emmanuel Makronun “Olimpiya atəşkəsi” barədə təklifini rədd edib.

NOCOMMENT.az xəbər verir ki, o, bildirib ki, ölkəsi üçün belə bir kritik məqamda analoji təşəbbüslərə ehtiyac yoxdur.

Ukrayna liderinin toxunduğu daha bir məsələ hava hücumundan müdafiə sistemləri ilə bağlı olub. Zelenski ölkəsinin hava hücumundan müdafiə sistemlərinə olan ehtiyacın 25 faizini təmin edə bildiyini söyləyib. Ukrayna səmasında üstünlüyə malik olmaq üçün əlavə olaraq 130 müasir qırıcıya ehtiyacın olduğunu bildirib.

Ukraynanın dövlət başçısı edib ki, məhz bu səbəbdən Rusiyanın Hərbi Hava Qüvvələri öz ərazisindən belə ölkəsindəki obyektlərə asanlıqla zərbə endirə bilir. O, Rusiyanın cəbhə boyunca irəlilədiyi barədə sualı da cavablandıraraq, bunu çox da ciddi uğur saymadığını bildirib.