Zelenski: Müdafiədən və qalib gəlməkdən başqa seçimimiz yoxdurbackend

Zelenski: Müdafiədən və qalib gəlməkdən başqa seçimimiz yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski birinci ilinə yaxınlaşan müharibənin ən ağır münaqişələrinin Donetsk bölgəsində cəmləşdiyini və onların ölkəsini Rusiyaya qarşı müdafiə edib qalib gəlməkdən başqa seçimlərinin olmadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Zelenski Ukrayna xalqına etdiyi video müraciətdə deyib.

Donetsk bölgəsində ən ağır toqquşmaların davam etdiyini bildirən Zelenski, Rusiya ordusunun hücumlarını dəf etmək üçün mübarizəni davam etdirdiklərini vurğulayıb.

Rusiya qüvvələrinin cəbhə xəttində hücumları artırmağa çalışdığını qeyd edən Zelenski, “Müdafiə etməkdən və qalib gəlməkdən başqa seçimimiz yoxdur” deyib.

NOCOMMENT.AZ