Zelenski: Müharibə biz qalib gələndə bitəcəkbackend

Zelenski: Müharibə biz qalib gələndə bitəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski “Biz qalib gələndə müharibə bitər. Rusiya bu müharibəni daha tez bitirə bilər. Bunun üçün onlar bizim torpaqlarımızı tərk etməlidirlər” deyib.

Zelenski qonşu ölkə Moldovaya Avropa Siyasi Birliyinin (AST) Sammiti üçün gəlib. Sammitin keçiriləcəyi Mimi qalasında Moldova Prezidenti Maia Sandu tərəfindən qarşılanan Zelenski jurnalistlərə açıqlama verib.

Əvvəllər təklif etdiyi sülh formulasına toxunan Zelenski bu məqsədlə sammitin çağırılması üzərində çalışdıqlarını bildirib: “Biz mümkün qədər çox ölkənin iştirakını istəyirik. Ona görə də hələlik tarix təyin etməmişik”. deyib. Vladimir Zelenskinin irəli sürdüyü 10 bəndlik sülh planına Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması və Ukrayna sərhədlərinin bərpası daxildir.

“Müharibə nə vaxt bitəcək” sualına Zelenski “Biz qalib gələndə müharibə bitər. Rusiya bu müharibəni daha tez bitirə bilər. Bunun üçün torpaqlarımızı tərk etməlidirlər” deyib.