Müharibənin davamlı və təhlükəsiz sülhlə nəticələnməsi üçün səhv etməməliyik.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, müzakirələr ədalətli olmalıdır: “Həm Avropa İttifaqı, həm ABŞ, həm də Ukrayna danışıqlar masasında oturmalıdır. Zəmanət bütün aktorların iştirakı ilə təmin edilməlidir”.
V.Zelenskinin sözlərinə görtə, Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyi Kiyev üçün çox vacibdir.