Prezident Vladimir Zelenski NATO tərəfdaşlarını, xüsusən də ABŞ-ı Ukraynaya vəd edilmiş hərbi dəstəyə sözünün üstündə durmadığına görə tənqid edib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Şimali Avropa ölkələrinin mətbuatına müsahibəsində bildirib.
Prezident qeyd edib ki, tərəfdaşlar Ukraynanı dəstəkləmək üçün çoxlu sazişlər bağlayıblar və onun sözlərinə görə, “hər kəs öz işi ilə məşğul olmalıdır”.
“Söz verdinsə, ona əməl etməlisən”, – deyən dövlət başçısı Ukraynanın hərbi əməliyyatlarını planlaşdırarkən konkret vaxtda konkret şeylərə ümid etdiyini izah edib.
Zelenski qeyd edib ki, NATO müharibəyə görə Ukraynanın üzvlüyü istiqamətində qəti addımlar atmağa hazır deyil, lakin onlar Ukrayna səmasını qorumaq üçün “altı və ya yeddi” sistem vəd ediblər.
“Ancaq bu gün biz bu məbləği almamışıqsa və Ukraynada artıq başlayan istilik mövsümündə bu böyük hava hücumundan müdafiə dəstəyinə arxalana bilmiriksə, onda nə etmək olar? – dövlət başçısı ritorik şəkildə soruşub.