Zelenski NATO-dan bu addımı gözləyirbackend

Zelenski NATO-dan bu addımı gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski iyun ayında müttəfiq qoşunlarının Normandiyaya enməsi şərəfinə Fransada keçirilən tədbirlərdə, daha sonra İtaliyada G7 toplantısında iştirak etmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, “Politiko” nəşrinin məlumatına görə, prezidentin iş qrafikinin dəyişmə ehtimalı olsa da Zelenski hər seş plana uyğun gedərsə səfəri reallaşdıracaq.

Ukrayna lideri səfər çərçivəsində Qərbdən daha çox hərbi dəstək istəyəcək. O, İran İsrailə hücum edəndə ABŞ və Böyük Britaniyanın etdiyi kimi, NATO-dan Rusiya raketlərini vurmağı xahiş edəcək.

Zelenski həmçinin ABŞ və Avropa ölkələrini Ukraynanın müdafiəsi və yenidən qurulmasını maliyyələşdirmək üçün Rusiyanın aktivlərini ələ keçirməyə çağıracaq.