Zelenski NATO-dan hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağı tələb edibbackend

Zelenski NATO-dan hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağı tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski yenidən müttəfiqlərdən hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlərin tədarükünü artırmağı xahiş edib.

NOCOMMENT.az xəbər verir ki, o, NATO-ya üzv ölkələrin Almaniyadakı Ramşteyn bazasında keçirilən toplantısında Kiyevə kifayət qədər hərbi yardım göstərilməməsindən şikayətini bildirib.

“Dünyada kifayət qədər hava hücumundan müdafiə sistemi var və xahiş edirəm ki, bu sahədə bizimlə daha fəal olasınız”, – deyə Zelenski bildirib.

O, Ukraynaya artıq neçə zenit-raket kompleksinin təhvil verildiyini dəqiq deməsə də, “hələ çatdırılmayanların sayının əhəmiyyətli olduğunu” açıqlayıb.