Zelenski Normandiyaya gəlibbackend

Zelenski Normandiyaya gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərin Fransanın Normandiya bölgəsinə onun sahilinə enməsinin 80 illiyi münasibətilə gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, siyasətçinin Telegram kanalında məlumat verib.

“Normandiya. Qarşıda dövlətimizi gücləndirmək, bəşəri dəyərlərə və həyata hörmətlə yanaşan hər kəsin birliyini möhkəmləndirmək üçün mühüm tədbirlər, görüşlər var”.

Telekanal prezidentin həyat yoldaşı Yelena ilə təyyarəni tərk etməsinin görüntülərini yayıb.

Zelenski vurğulayıb ki, müttəfiqlərin Normandiyaya enməsi azadlıq və demokratiya naminə göstərilən cəsarət və qətiyyəti xatırladır.

“Müttəfiqlər o zaman Avropanın azadlığını müdafiə edirdilər, ukraynalılar indi Avropanın azadlığını müdafiə edirlər. O zaman birlik qalib gəldi, indi də əsl birlik qalib gələ bilər”, – deyə o, yekunlaşdırıb.