Ukrayna lideri Vladimir Zelenski növbəti dəfə Qərb ölkələrindən münaqişənin davam etdirilməsi üçün Kiyevə təxminən 30 milyard dollar yardım etməyi xahiş edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Zelenski Qərb müttəfiqlərini yerli silah istehsalını stimullaşdırmaq və Rusiyanın irəliləyişinin qarşısını almaq üçün ilin sonuna qədər təqribən 30 milyard dollar ayırmağa çağırıb”, – nəşr yazır.
Agentlik yazır ki, prezident Donald Trampın dövründə ABŞ-ın dəstəyi zəifləyir və sülh danışıqları dalana dirənir, “Ukrayna getdikcə diqqətini öz resurslarına arxalanmağa yönəldir”.