Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, növbəti danışıqlar raundu Türkiyə, Fars körfəzi ölkələri və ya Avropa ölkələri tərəfindən təşkil oluna bilər.
NOCOMMENT.az xəbər verir ki, liderin video müraciəti onun Telegram kanalında yayımlanıb.
“Bu həftə Türkiyə, Fars körfəzi ölkələri və Rusiya ilə danışıqlar apara biləcək Avropa dövlətləri ilə əlaqələr qurulacaq”, – Zelenski deyib.
O, əlavə edib ki, Ukrayna tərəfi döyüşlərin sona çatması üçün hər şeyi maksimum hazırlayacaq.