Zelenski payızda münaqişəyə son qoymağı təklif edibbackend

Zelenski payızda münaqişəyə son qoymağı təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski gələn payızda Rusiya ilə münaqişəyə son qoymağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Ramşteyn formatında təmas qrupunun görüşü zamanı ukraynalı siyasətçinin sözlərini RBC-Ukrayna yayıb.

Rusiya və Ukrayna arasındakı münaqişənin payızda başa çatması “etibarlı beynəlxalq təhlükəsizlik nizamının” bərpasına kömək edəcək”, – deyə siyasətçi bildirib. Zelenski Qərb tərəfdaşlarını münaqişənin sona çatmasına birgə kömək etməyə çağırıb.

Cümə günü, sentyabrın 6 – da Vladimir Zelenski Amerikanın Ramstein aviabazasında qərbli həmkarları ilə görüşdə iştirak etmək üçün Almaniyaya gəlib.

Görüş zamanı Ukrayna prezidenti Kiyevin müttəfiqlərini Rusiyanın qırmızı xətlərinə məhəl qoymamağa çağırıb.