Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə dünyanın yeddi ölkəsindən birində görüşməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə X-də məlumat verib.
“Hazırda ən azı yeddi ölkə Ukrayna və Rusiya liderlərinin görüşünü qəbul etməyə hazırdır”, – deyə nazir yazıb.
Onun sözlərinə görə, bu, Avstriya, Vatikan, Türkiyə, İsveçrə və Fars körfəzinin üç ölkəsinə aiddir.