Zelenski Putinlə eyni masada oturacaqmı? – Kiyevdən Ərəb Əmirliklərinə REAKSİYAbackend

Zelenski Putinlə eyni masada oturacaqmı? – Kiyevdən Ərəb Əmirliklərinə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski heç vaxt Rusiya diktatoru Vladimir Putinlə bir masa arxasında əyləşməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın Zelenski ilə Putin arasında görüş təşkil etmək təklifini şərh edərkən deyib.

“Rusların lideri danışıqlar tərəfdaşı deyil, o, həddən artıq çox ağır cinayətlər törədib”, – nazir bildirib.

Diplomat qeyd edib ki, Rusiya Federasiyası ilə danışıqlar yalnız düşmən tərəfindən ələ keçirilən torpaqlar azad edildikdən sonra mümkündür və buna güc və diplomatik vasitələrlə kömək etmək olar.

“Biz Putinlə Zelenskini heç vaxt bir masa arxasında görə bilməyəcəyik”, – deyə Kuleba vurğulayıb.