İstanbulda keçirilən Qara dənizdə təhlükəsizliklə bağlı danışıqlarda Türkiyə, Böyük Britaniya, Fransa və Ukraynanın nümayəndələri iştirak edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Odessada keçirdiyi mətbuat konfransında bildirib.
“Bu, ilk növbədə, “istəklilər koalisiyası”na və müvafiq addımlara aiddir. Avropadan, <…> Britaniyadan, Fransadan, Ukraynadan mütləq iştirak edəcəklər və ev sahibi olan Türkiyədən nümayəndələr olacaq”, – Zelenski bildirib.
Qara dənizdə təhlükəsizliklə bağlı danışıqlar aprelin 15-16-da Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında keçiriləcək.