Zelenski Qərbdən yardım istəyirbackend

Zelenski Qərbdən yardım istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın hava hücumundan müdafiə sistemləri bütün ərazilərimizi Rusiyadan qorumaq üçün kifayət deyil”.

NOCOMMENT.az xəbər verir ki, bunu Prezident Volodimir Zelenski, Avropa Şurasının Sammitində çıxış edərək söyləyib:

“Avropa Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri versə, bütün ərazilərimizin təhlükəsizliyi təmin edilə bilər. Amma mövcud hava hücumundan müdafiə sistemləri Rusiya ordusundan qorunmaq üçün kifayət deyil. Söhbət yüzlərlə, minlərlə sistemdən deyil, Ukraynanı qorumaq üçün lazım olan səviyyədən gedir. İndi bu çox vacibdir, çünki Ukrayna kifayət qədər dəstək alsa, Rusiya digər Avropa ölkələrinə müharibə yaymaq əmri versə də, bir şey əldə etməyəcək”.

O, Qərbi Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağa çağırıb.