Zelenski Qod Nisanova qarşı sanksiyanı təsdiqlədibackend

Zelenski Qod Nisanova qarşı sanksiyanı təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rusiyalı biznesmenlərə qarşı sanksiyalar tətbiq edilməsi barədə qərarı qüvvəyə minib.

NOCOMMENT.az Ukrayna mediasına istinadən xəbər verir ki, ölkə Prezidenti Volodimir Zelenski bu barədə sərəncam imzalayıb.

Məlumata görə, sanksiya tətbiq edilən rusiyalı biznesmenlər sırasında Azərbaycanəsilli Qod Nisanov, Süleyman Kərimov, Leonid Mixelson, Mixail Proxorov, Vladimir Lisin və digərləri var.

Bununla yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Rostelekom”, “Alfabank”, “Rushidro”, “Alroso” və s. də daxil olmaqla, Rusiyanın hüquqi şəxslərinə qarşı sanksiyalar barədə qərarı da qüvvəyə minib.