Zelenski: Rusiya gecə vaxtı 20-dən çox pilotsuz təyyarə və raketlə Ukraynaya hücum etdibackend

Zelenski: Rusiya gecə vaxtı 20-dən çox pilotsuz təyyarə və raketlə Ukraynaya hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bu gecə Ukraynaya 20-dən çox PUA və raketlə hücum etdiyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Zelenski sosial media hesabında Rusiyanın Ukraynaya hücumları ilə bağlı açıqlama verib.

Rusiyaya qarşı sanksiyalara əməl edilməli olduğunu və bunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini gücləndirdiyini vurğulayan Zelenski, “Qlobal birlik qlobal sabitliyi bərpa edə bilər” deyib.

Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada səhər saatlarında Rusiya qüvvələrinin Kiyev vilayətinin Rjişçiv şəhərinə qarşı hücumlar təşkil etdiyi bildirilib. Hücum zamanı 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığı, 4 nəfərin dağıntılar altında qaldığı qeyd edilib.