Zelenski Rusiya ilə danışıqlar üçün yeganə şərtini açıqladıbackend

Zelenski Rusiya ilə danışıqlar üçün yeganə şərtini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkündür”.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşlə üçtərəfli görüşdən sonra deyib.

Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, bugünkü görüşdə Ukrayna tərəfi münaqişəni dayandırmaq üçün güzəştə getməyə məcbur edilməyib.

O əlavə edib ki, bir çox məsələlərin diplomatik həlli Zelenski, Ərdoğan və Quterreşin qərarlarından asılıdır.