Rusiya Silahlı Qüvvələrinin qrupları Donetsk Xalq Respublikasında (DXR) yerləşən Krasnoarmeysk (Ukrayna dilində Pokrovska) şəhərinə daxil olmağa çalışırlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
O, qeyd edib ki, Krasnoarmeysk və qonşu Dobropolye yaşayış məntəqəsinə kiçik rus diversiya-kəşfiyyat qrupları (DKQ) daxil olmağa cəhd edir. Eyni zamanda, Ukrayna liderinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (USQ) hücumları dəf edir və mövqeləri qoruyur.